13 
May
2021
13:12
9
212
2628
Virtual karabakh

Qaradağda ağır qəza: Ölən var

13 May, 2021
13:12
2628

Qaradağda ağır qəza: Ölən var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 12-də saat 15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində İmişli rayon sakini A.Hüseynov idarə etdiyi “Mercedes” markalı yük avtomobilini qarşıda gedən Şəmkir rayon sakini Ş.Namazovun idarə etdiyi VAZ-21074 markalı avtomobilə vurub.

Nəticədə Ş.Namazovun sərnişinlərindən Bakı şəhər sakini Nabat Bayramova hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri