13 
May
2021
13:49
557
92
4361
Virtual karabakh

Azərbaycanlı deputat 29 il sonra Şuşadakı evinə getdi

13 May, 2021
13:49
4361

Azərbaycanlı deputat 29 il sonra Şuşadakı evinə getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu il Ramazan bayramı dövlətimiz və xalqımız üçün, o cümlədən, 29 il bundan əvvəl öz torpaqlarından didərgin düşmüş və artıq Qarabağa geri dönən Azərbaycan vətəndaşları üçün çox əlamətdar oldu. Biz böyük fəxarət və qürur hissi ilə Ramazan bayramını Qarabağda, doğma Şuşamızda qeyd edirik”.

Bunu “Report”a açıqlamasında “Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev deyib.

O bildirib ki, bu il müqəddəs Ramazan bayramını Şuşada, öz evlərində qeyd etdiyi üçün çox xoşbəxtdir: “Çox xoşbəxtəm ki, bu günü görmək mənə də nəsib oldu. Öz evimizdə, öz torpağımızda gözəl bayramımızı qeyd edirik. 29 il sonra öz evimi görə bilmək xoşbəxtliyi mənə nəsib oldu. Təbii ki, hamımız sevincliyik. Sevincimiz və gözəl hisslərimiz əbədi olsun.

Düşmən bizi öz torpaqlarımızdan 30 il ayrı saxlasa da, bu Ramazanda torpaqlarımıza geri dönməyimizlə qürurumuz və mənəviyyatımız özümüzə qayıtdı. Ruhumuzu, mənəviyyatımızı qoruyaraq geri döndük. Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Şuşadakı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması çox gözəl hiss bəxş edir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri