13 
May
2021
18:03
663
20
5876
Virtual karabakh

Azərbaycan gəmisi Türkmənistanda milli adət-ənənələrə uyğun qarşılanıb - FOTO

13 May, 2021
18:03
5876

Azərbaycan gəmisi Türkmənistanda milli adət-ənənələrə uyğun qarşılanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistanın Türkmənbaşı limanına ilk dəfə yan alan “Azərbaycan” Ro-Pax gəmi-bərəsinin milli adət-ənənələrə uyğun qarşılanma mərasimi olub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Oxu.Az-a verilən məlumata əsasən, türkmənistanlılar ASCO dənizçilərinə yeni gəminin istismarı münasibətilə xeyir-dua verib və uğurlu səfərlər arzulayıblar. 

Öz növbəsində gəmi heyəti də bu isti qarşılanmaya görə təşəkkür ediblər.

Qeyd edək ki, “Azərbaycan” ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan ilk Ro-Pax tipli gəmi-bərədir. Gəmi bu ilin martında istismara verilib. Gəminin ilk səfəri 7 may tarixində Qazaxıstanın Kurık limanına olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri