15 
May
2021
11:35
54
231
3391
Virtual karabakh

Gəncə sakinində silah aşkarlanıb - FOTO

15 May, 2021
11:35
3391

Gəncə sakinində silah aşkarlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini Sabir Abdullayev saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “revolver” tipli tapança edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri