15 
May
2021
14:10
83
251
2043
Virtual karabakh

Göygöldə 15 sürücü barəsində protokol tərtib edildi – FOTO

15 May, 2021
14:10
2043

Göygöldə 15 sürücü barəsində protokol tərtib edildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. 

Bildirilib ki, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Sürücülərin diqqətinə çatdırılıb ki, təhlükəsizlik kəməri kəskin dayanma zamanı və ya avtomobil zərbə alarkən insanın yerində qalmasını təmin edir.

Bu isə insanı avtomobil salonunun hissələrinin zərbəsindən qoruyur və yaxud maşından bayıra doğru atılmasının qarşısını alır. Dönmə siqnalları isə ilk növbədə digər hərəkət iştirakçılarına istiqamətini müəyyən etməyə kömək edir və yol qəzalarının baş verməsi ehtimalını azaldır. Davam etdirilən tədbirlər nəticəsində 15 sürücü barəsində protokol tərtib edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri