16 
May
2021
14:31
28
748
22493
Virtual karabakh

Bakıda dəhşətli qəza: Qardaşını xilas etdi, özü öldü - YENİLƏNİB + VİDEO

16 May, 2021
14:31
22493

Bakıda dəhşətli qəza: Qardaşını xilas etdi, özü öldü - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, hadisə dünən saat 20 radələrində baş verib. 

Belə ki, Lənkəran rayon sakini E.Şahmuradov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Natiq Balakişiyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

10:24

Gecə saatlarında Bakının Qaradağ rayonunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Sənqəçal qəsəbəsində qeydə alınıb. 

Yolu keçmək istəyən bir nəfəri “Mercedes Vito” vurub. Piyada hadisə yerində ölüb. 

Şahidlərin sözlərinə görə, iki qardaş yolu keçmək istəyib. Qardaşlardan biri sürətlə gələn avtomobili görüb və digərini itələyib. Qardaşını xilas edə bilsə də, özü aldığı zərbədən yerindəcə həyatını itirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri