16 
May
2021
16:16
56
460
6072
Virtual karabakh

Bakıda müzakirələrə səbəb olan işıqforla bağlı problem həllini tapdı - YENİLƏNİB + FOTO

16 May, 2021
16:16
6072

Bakıda müzakirələrə səbəb olan işıqforla bağlı problem həllini tapdı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Binəqədi rayonundakı nasaz işıqfor təmir edilib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, problem aradan qaldırılıb.

12:52

Paytaxtın Binəqədi rayonundakı işıqforlardan birinə naməlum şəxs tərəfindən üzərində “Qırmızı işləmir, ehtiyatlı olun” yazısı olan qeyd yapışdırılıb.

Oxu.Az xəbər verir ki, buna səbəb işıqforun qırmızı işığının işləməməsi olub.

Məsələ sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkələrdə paylaşılan həmin görüntülərlə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, yaranan problemə səbəb həmin ərazidəki paylayıcılarda qısaqapanmaların olmasıdır:

“Fotolarda gördüyünüz işıqfor Binəqədi şossesində yerləşir. Həmin ərazidə elektrik paylayıcısında qısaqapanma baş verib. Nəticədə işıqforun bəzi hissələrində zədələnmələr olub. Bu səbəbdən də qırmızı işıq yanmır. Lakin hazırda işıqforun zədələnmiş hissələrinin dəyişdirilməsi üçün iş gedir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri