17 
May
2021
10:12
127
17
3184
Virtual karabakh

Azərbaycan Çində keçirilən tədbirdə təmsil olunub - FOTO

17 May, 2021
10:12
3184

Azərbaycan Çində keçirilən tədbirdə təmsil olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan elektron ticarətlə bağlı Çində keçirilən tədbirdə təmsil olunub.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Çinin Şansi əyalətinin Sian şəhərində “2021 İpək Yolu Elektron Ticarət Əməkdaşlığı” mövzusunda dəyirmi masada çıxış edən Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşdırılmasının, elektron ticarətin inkişafının ölkə iqtisadiyyatının əsas inkişaf prioritetlərindən biri kimi müəyyən edildiyini vurğulayıb, bu istiqamətdə reallaşdırılan tədbirlər barədə iştirakçılara məlumat verib.

Teymur Nadiroğlu Şansi əyalətindən olan iş adamlarını Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri