17 
May
2021
15:06
75
419
4453
Virtual karabakh

Bakıda toy mərasimi keçirən 40 nəfər tutuldu - FOTO/VİDEO

17 May, 2021
15:06
4453

Bakıda toy mərasimi keçirən 40 nəfər tutuldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək toy məclisi təşkil edilməsinin qarşısını alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Maştağa qəsəbəsində vətəndaş R.Qasımovanın xüsusi karantin rejimini pozaraq öz evində çoxsaylı qonaqların iştirakı ilə toy keçirməsi barədə polisə məlumat daxil olub. Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı və ümumilikdə 70 nəfər iştirakçının karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslərdən 30-u yetkinlik yaşına çatmadığı üçün onlara xəbərdarlıq edilərək valideynlərinə təhvil verilib.

Xüsusi karantin qaydalarını pozan ev sahibi, eləcə də, 40 nəfər iştirakçı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri