17 
May
2021
17:27
14
95
1166
Virtual karabakh

Ötən il kommersiya məhkəmələri neçə işə baxıb? - RƏSMİ

17 May, 2021
17:27
1166

Ötən il kommersiya məhkəmələri neçə işə baxıb? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən il kommersiya məhkəmələri tərəfindən pandemiya məhdudiyyətləri nəzərə alınmaqla 7 200-ə yaxın işə baxılıb, iddiaların 94 faizi təmin olunub”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov “Milli Məclis” jurnalının 2021-ci il mart-aprel buraxılışına müsahibəsində bildirib.

F.Məmmədov qeyd edib ki, kommersiya mübahisələri üzrə yekun qərarların 80 %-i ilə tərəflər razılaşıb:

“Başqa sözlə, həmin işlərdən apellyasiya şikayəti verilməyib. Xüsusilə vurğulamalıyam ki, kommersiya məhkəmələrinin yekun qərarlarının 96 %-nin dəyişdirilməyərək sabit qalması sahibkarlıqla bağlı mübahisələrə ixtisaslaşdırılmış qaydada daha peşəkar və effektiv baxılmasının göstəricisidir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri