17 
May
2021
18:08
24
226
8262
Virtual karabakh

Azərbaycana xaricdən gətirilən maşınların dəyəri AÇIQLANDI

17 May, 2021
18:08
8262

Azərbaycana xaricdən gətirilən maşınların dəyəri AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana xaricdən 23 854 ədəd avtomobil idxal edilib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, idxal edilən avtomobillərin ümumi dəyəri 244 milyon 577 min dollar həcmində olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 6 658 ədəd və ya 38,7 faizə qədər artıb.

Müvafiq dövr ərzində ölkəmiz xaricdən 44 ədəd 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. Bu avtomobillərin idxal dəyəri 4 milyon 514,5 min dollara yaxın olub. İdxal həcmi ötən ilə nisbətən 25 ədəd və ya 36,2 faiz azalıb.

İdxal edilən avtomobillərin əksəriyyəti minik avtomobilləridir. Bu dövrdə 21 948 ədəd maşın idxal edilib və onların ümumi dəyəri 209 milyon 176,2 min dollar təşkil edib. İdxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5 928 ədəd və ya 37 faiz çox olub.

Yanvar-aprel aylarında yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin idxal həcmi 772 ədəd və ya 73,7 faiz artıb. Müvafiq dövr ərzində 1 820 ədəd bu tipdə avtomobil idxal olunub və onların ümumi dəyəri 25 milyon 165,4 min dolları təşkil edib.

Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin idxalı azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 ədəd və ya 28,8 faiz az olmaqla 42 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb və onların ümumi idxal dəyəri 5 milyon 720,9 min dollar olub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri