17 
May
2021
18:00
29
301
1508
Virtual karabakh

Dünyada yol terroru: Hər 24 saniyədə bir nəfər ölür

17 May, 2021
18:00
1508

Dünyada yol terroru: Hər 24 saniyədə bir nəfər ölür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər 24 saniyədə avtomobil qəzalarında bir nəfər dünyasını dəyişir. Əslində yol nəqliyyat qəzaları uşaqlar və gənclər arasında ölüm hallarının əsas səbəbidir.

Oxu.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı BMT-nin təşəbbüsü ilə 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsi ilə bağlı çıxış edərkən deyib. 

H.Harmancı bildirib ki, iki il öncə Bakı Nəqliyyat Agentliyi ilə birlikdə planını qurduqları fəaliyyətlərin bu gün həyata keçirilməyə başlandığını görmək sevindirici haldır:

“Bundan əlavə, 20-50 milyon arasında insan qeyri-ölümcül xəsarətlər alır və onlardan bir çoxu aldığı zədələr nəticəsində əlil olur. Yüksək sürət yol nəqliyyat hadisələrində alınan xəsarətlərin əsas səbəbidir, yüksək gəlirli ölkələrdə yollarda hər üç ölümdən biri sürətlə əlaqələndirilir. Hesablamalara görə, nəqliyyat vasitələrindən istifadə edərkən insanların təxminən 40-50 faizi sürət həddini aşır, sürət aşağı salındıqda isə ölüm və xəsarət alma riski xeyli azalır.

2020-ci ilin əvvəllərindən etibarən COVID-19 qapanmaları və evdə işləyən insanlar səbəbindən nəqliyyatda hərəkətlilik azalıb. Bu, daha az avtomobil qəzasına səbəb olub. Lakin ölüm halları eyni nisbətdə azalmayıb, çünki insanlar daha yüksək sürətlə hərəkət edirlər. Yol nəqliyyat qəzaları əksər ölkələrdə ümumi daxili məhsulun 3 faizi nisbətində başa gəlir. Yol nəqliyyat qəzalarının qarşısını almaq mümkündür”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri