18 
May
2021
11:03
63
313
7765
Virtual karabakh

Saxta Qarabağ əlilləri arasında dava düşdü - VİDEO

18 May, 2021
11:03
7765

Saxta Qarabağ əlilləri arasında dava düşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun müddətdir Qarabağ qazilərinin adından istifadə edərək kriminal işlərlə məşğul olan şəbəkənin üzvləri arasında əlbəyaxa dava baş verib.

Hadisə şahidlərinin “Yeni Sabah”a verdiyi xəbərə görə, dava “Motodrom” ərazisində may ayının 14-də baş verib. Qrupun aktiv üzvlərindən olan Hacıyev Məmmədəli İsgəndər oğlu digər əlillər tərəfindən döyülüb. 

Redaksiyaya təqdim olunan videoda görünür ki, onu “həmkarlar”ı əsalarla şil-küt edirlər.

Görüntülərdə qrupun “liderlərindən” hesab olunan Sərxan Musayev də görünür.

O və dəstənin digər üzvləri oxuculara Əhmədli metrosunun yaxınlığında, SOCAR-ın ərazisində qanunsuz evlərin tikintisi zamanı baş verən qarşıdurmalardan tanışdır.

Döyülən şəxs Məmmədəli Hacıyev isə bir müddət əvvəl Nərimanov rayonu ərazisində maşınına od vuraraq yandıracağı ilə bağlı aksiya etməsi ilə gündəmə gəlmişdi.

Hadisə şahidlərinin bildirdiyinə görə M.Hacıyevin “silahdaşları” tərəfindən döyülməsinə səbəb araların olan pul haqq-hesabı olub. Konkret olaraq saxta əlillik məsələsi ilə bağlı qrupun əldə etdiyi pulları bölüşdürə bilmədikləri üçün dava baş verib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri