18 
May
2021
11:36
254
20
4335
Virtual karabakh

İşğaldan azad olunan ərazilərə potensial turizm marşrutları hazırlanır

18 May, 2021
11:36
4335

İşğaldan azad olunan ərazilərə potensial turizm marşrutları hazırlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad olunan ərazilərdə potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb”.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov məlumat verib.

O qeyd edib ki, hazırda araşdırmalar davam edir:

“Çünki indi işğaldan azad edilmiş ərazilərdə dövlət qurumları infrastrukturun birgə qiymətləndirilməsi işlərini aparır. İlkin qiymətləndirmələrdən, yolların haradan keçəcəyi aydınlaşdıqdan, infrastruktur hazır olduqdan sonra biz öz qiymətləndirməmizi aparacağıq”.

Onun sözlərinə görə, Şuşa həm daxili, həm də xarici turizmdə əsas mərkəz olacaq:

“Şuşa ilə bağlı planlar çoxdur. Yaxın gələcəkdə ictimaiyyətə geniş açıqlamalar verəcəyik”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri