18 
May
2021
16:30
18
43
671
Virtual karabakh

“ASAP Career Academy” layihəsinin təqdimatı baş tutub - FOTO

18 May, 2021
16:30
671

“ASAP Career Academy” layihəsinin təqdimatı baş tutub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbə və Məzunlar İctimai Birliyi (ASAP) “ASAP Career Academy”-nin təqdimatını keçirib.

Layihənin əsas məqsədi xaricdə yaşayan, yüksək akademik təhsilə və peşəkar təcrübəyə malik gənclərin ölkəmizdəki əmək bazarına cəlb olunmasını təmin etməkdir.

Açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondundan İcraçı Direktoru Fərid Cəfərov, ADA Universitetinin Prorektoru Fariz İsmayılzadə, Azərbaycan-Fransız Universitetindən (UFAZ) İcraçı Direktor Vazeh Əsgərov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov, “Nargis Magazine” jurnalının direktoru Aytən Hüseynova və qonaq qismində dəvət olunmuş bir çox spikerlər layihə haqqında nitqlər söyləyiblər.

Çıxış edən qonaqlar xaricdə təhsil proqramları, ölkədə ixtisaslaşmış kadrların önəmi, xaricdə gənclər üçün yaradılan təşəbbüslərdən, ölkədəki təhsil müəssisələri və böyük şirkətlərdəki karyera imkanlarından danışıblar. Tədbirə onlayn qoşulan Sapienza Universitetinin Doktorantura tələbəsi Orxan Kərimli öz çıxışında “Beyin axını” prosesi haqqında fikirlərini bölüşüb.

Açılış mərasiminin davamında Azərbaycanlı Tələbə və Məzunlar İctimai Birliyinin nümayəndələri, müxtəlif şirkət və qurumların nümayəndələri, ümumilikdə 25 qonağın birbaşa canlı iştirakı və layihə üçün seçilən 50-dən çox gəncin onlayn iştirakı ilə ADA Universitetində hibrid təlim həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri