18 
May
2021
16:42
121
42
1851
Virtual karabakh

Koroğlu Rəhimov küçəsində nəqliyyatın sıxlığı aradan qaldırıldı - FOTO

18 May, 2021
16:42
1851

Koroğlu Rəhimov küçəsində nəqliyyatın sıxlığı aradan qaldırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsini qeyd etdiyimiz bu günlərdə daha bir ünvanda piyada təhlükəsizliyinin səviyyəsi artırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilir ki, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik tədbirləri görülüb. Nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində işıqfor obyektləri quraşdırılıb.

Nəticədə:

- Nizamlanan eynisəviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə təhsil alan tələbələrin, o cümlədən yaşayan sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb;

- Piyadaların və nəqliyyat vasitələrinin hərəkət növbəliliyi təmin olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri