18 
May
2021
18:00
16
426
7892
Virtual karabakh

Döyülən “qazi”nin oğlu danışdı: “Atamı yoldan çıxarıb, dövlətə qarşı qoyurlar” - VİDEO

Uzun müddətdir Qarabağ qazilərinin adından istifadə edərək kriminal işlərlə məşğul olan şəbəkənin üzvləri arasında əlbəyaxa dava baş verib. Hadisə şahidlərinin verdiyi xəbərə görə, dava “Motodrom” ərazisində olub. Qrupun aktiv üzvlərindən olan Məmmədəli Hacıyev digər əlillər tərəfindən döyülüb. Görüntülərdə qrupun “liderlərindən” hesab olunan Sərxan Musayev də var. 

Baku TV-yə atasının döyülməsiylə bağlı danışan İskəndər Hacıyev bildirib ki, hadisə olan günü onun atasını “Seyid” deyilən şəxs evdən aparıb:

“O, mənim atamı Malikin yanına aparıb. Malik imkanlı adamdır: hotelləri, obyektləri var. Malik atam və bir neçə nəfər əlil şəxsi “problem” həllinə göndərirdi. Deyirdi ki, getməsəniz, sizi öldürtdürəcəm, bıçaqladacağam. Atam dəfələrlə desə də, ondan əl çəkmədilər. Onlar mənim atamı istismar etmişdilər. Malik mənim atamı yoldan çıxarıb, dövlətə qarşı qoyurdu. İndi atam reanimasiyadadır. Hazırda məni təhdid edir ki, harasa danışsan, səni öldürtdürəcəm”. 

Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini öyrənmək istədik. Malik adlı şəxs əməkdaşımıza müsahibəyə verəcəyini deyib dəvət etsə də, sonradan açıqlama verməkdən imtina etdi. 

Xatırladaq ki, o və dəstənin digər üzvləri “Əhmədli” metrosunun yaxınlığında, SOCAR-ın ərazisində qanunsuz evlərin tikintisi zamanı baş verən qarşıdurmada da iştirak ediblər. 

Döyülən şəxs Məmmədəli Hacıyev isə bir müddət əvvəl Nərimanov rayonu ərazisində maşınına od vuracağı ilə gündəmə gəlmişdi. Hadisə şahidlərinin bildirdiyinə görə, Məmmədəli Hacıyevin “silahdaşları” tərəfindən döyülməsinə səbəb aralarında pul haqq-hesabının olmasıdır. Daha dəqiq desək, insident saxta əlillik məsələsi ilə bağlı qrupun əldə etdiyi pulları bölüşdürə bilmədikləri üçün baş verib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri