18 
May
2021
18:16
210
42
1927
Virtual karabakh

Təltif edilmiş Milli Paralimpiya Komitəsi əməkdaşlarına medallar təqdim olundu - FOTO

18 May, 2021
18:16
1927

Təltif edilmiş Milli Paralimpiya Komitəsi əməkdaşlarına medallar təqdim olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə ölkə idmanının inkişafında xidmətlərinə görə təltif edilmiş şəxslərə medalların təqdim edilməsi tədbiri olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda paralimpiya hərəkatının yaranmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsinin yarandığını vurğulayıb.

İlk dəfə olaraq komitənin 1996-cı ildə Atlanta X Yay Paralimpiya Oyunlarında iştirak etdiyini deyib. Bildirib ki, Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksi beynəlxalq standartlara uyğun olması ilə MDB məkanında ilkə imza atıb. 

Nazir Prezident, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xüsusi qayğısı, dəstəyi ilə Azərbaycan idmanının, o cümlədən ölkəmizdə paralimpiya hərəkatının böyük uğurlar əldə etdiyini diqqətə çatdırıb.

S.Babayev hazırda yüzlərlə idmançını özündə birləşdirən Paralimpiya Komitəsinin ötən dövrdə əldə etdiyi uğurlardan bəhs edib. Bildirib ki, paralimpiyaçılarımız tərəfindən indiyədək 38 olimpiya medalı qazanılıb, 7 nəfər Paralimpiya çempionu, onlardan 2-si ikiqat çempion olub.

Nazir bildirib ki, Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə komitənin əməkdaşlarının təltif edilməsi Prezident İlham Əliyevin paralimpiyaçılara yüksək diqqət və qayğısının növbəti təzahürüdür.

S.Babayev qarşıdakı Tokio Yay Olimpiya Oyunlarında da bütün idmançılarımız kimi, paralimpiyaçılarımızın da yeni qələbələr əldə edəcəyinə əminliyini bildirib.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Komitənin ötən 25 ildə keçdiyi inkişaf yolundan bəhs edib. Prezident İlham Əliyevin Azərbaycanda paralimpiya hərəkatının inkişafı, tarixi uğurlar qazanması naminə göstərdiyi yüksək qayğını, böyük dəstəyi diqqətə çatdırıb.

Sonra Azərbaycan idmanının inkişafında xidmətlərinə görə dövlət başçısı tərəfindən təltif edilmiş şəxslərə orden və medallar təqdim edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri