18 
May
2021
19:05
577
23
7397
Virtual karabakh

Səfil halda yaşayan 4 uşağa sahib çıxıldı – VİDEO

18 May, 2021
19:05
7397

Səfil halda yaşayan 4 uşağa sahib çıxıldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gündür sosial şəbəkələrdə müzakirələrə səbəb olan Xırdalan şəhər 26-cı məhəllə ərazisində dörd balaca körpənin baxımsız vəziyyətdə qalmasına dair məlumatlar öz təsdiqini tapıb. 

Baku TV əməkdaşları vəziyyəti öyrənmək üçün həmin evə yollanıblar.

Uşaqların anası Rahilə Məmmədova bildirib ki, bu evdə iki-üç aydır yaşayırlar: 

“Yoldaşım yoxdur, ona görə də özüm işləyib uşaqlara baxmağa məcburam. Əvvəl toylara kloun kimi gedirdim, indi toylar olmadığı üçün kafedə işləyirəm. Amma uşaqlarımı nəzarətdə saxlamağa çalışıram, işdən icazə alıb tez-tez onlara baxmağa gəlirəm”, – deyə uşaqların anası qeyd edib. 

Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi Hafiz Mikayılov bildirib ki, uşaqlar sığınacağa yerləşdiriləcəklər.  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri