18 
May
2021
18:47
255
36
1557
Virtual karabakh

Tbilisidə qeyri-adi Beynəlxalq Muzeylər Günü: Canlı Axundzadə, Azərbaycan mahnıları – FOTO

18 May, 2021
18:47
1557

Tbilisidə qeyri-adi Beynəlxalq Muzeylər Günü: Canlı Axundzadə, Azərbaycan mahnıları – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində 18 May - Beynəlxalq Muzeylər Günü qeyd olunub.

“Report” xəbər verir ki, muzey açıq qapı günündə ziyarətçiləri “Keçmişə səyahət” adlı fərqli proqramla qarşılayıb.

Tədbirdə M.F.Axundov, həyat yoldaşı Tubu xanım, övladları Nisə xanım və Rəşid bəy canlandırılıblar. Azərbaycan dramaturqunun canlı obrazını aktyor Giorgi Papuaşvili təqdim edib, ailə üzvləri kimi isə azərbaycanlı xanım və gənclər çıxış ediblər.

Ziyarətçilər həmçinin mim aktyorlarının səhnəcikləri və kinto rəqsi ilə də tanış olublar. Tədbirin maraqlı hissələrindən biri Tbilisinin məşhur “şarmanşik”i Quce Oniadzenin şarmanka və qarmonda Azərbaycan mahnılarını ifa etməsi olub.

Gürcüstanda səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyibdəyovun rəhbərlik etdiyi nümayəndə heyəti də muzeydəki tədbirlə tanış olub. Muzeyin direktor müavini Leyla Əliyeva qonaqları muzeyin ekspozisiyası ilə tanış edib. O, Beynəlxalq Muzeylər Gününün muzeydə hər il qeyd olunduğunu bildirib. L.Əliyevanın sözlərinə görə, bu il muzey beynəlxalq günə xüsusilə hazırlaşıb və məqsəd Gürcüstan ictimaiyyətini Azərbaycan mədəniyyəti muzeyi ilə qeyri-adi proqram vasitəsilə tanış etmək olub.

Qonaqlar tədbiri böyük maraqla qarşılayıblar, V.Seyidbəyov muzeyin kollektivini Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Tədbirlər çərçivəsində gürcü və azərbaycanlı uşaqlar üçün əyləncəli proqram, gürcü rəqsləri ilə bağlı master klass da təşkil edilib, Nəriman Nərimanovun Xatirə Muzeyində yeniyetmələrin “Muzey mənim üçün nədir?” mövzusunda rəsmləri sərgilənib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri