18 
May
2021
19:40
365
94
7172
Virtual karabakh

Binalardakı qanunsuz artırmalar söküləcək? – VİDEO

18 May, 2021
19:40
7172

Binalardakı qanunsuz artırmalar söküləcək? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binaların qanunsuz artırmaları ilə yəqin ki hərkəs rastlaşıb. Daha çox sovet dövründə tikilən binalarda rast gəlinən belə hallarda sakinlər yaşadıqları mənzillərinin ümumi yaşayış sahəsini artırmaq məqsədi ilə eyvanlarını müxtəlif üsullarla irəli çəkirdilər. 

Nəticədə həm ümumi görünüşə xələl gəlir, həm də binanın təhlükəsizliyi sual altında qalır. 

Problemlər bununla da bitmir. Bəzən də sakinlər eyvanlarını qabağa çəkdiyi zaman alt mərtəbələrdə yaşayan insanaların evinə günəş işığı düşmür. 

Bu tip eyvanlarla daha çox paytaxtın mərkəzdən uzaq ərazilərində rastlaşmaq mümkündür. 

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən belə mənzillərə baxış keçirilən zaman həmin sahə zəbt olunan sahə kimi qeyd olunur və bir çox hallarda həmin mənzillərə çıxarış verilməsindən imtina edilir. 

Daha ətraflı Baku TV-nin süjetində: 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri