19 
May
2021
01:13
58
1416
30453
Virtual karabakh

Mahir Abbaszadədən Laçındakı məclislə bağlı AÇIQLAMA – YENİLƏNİB+FOTO/VİDEO

“Düz 28 il laçınlılar üçün 18 may hüzn günü olub. Bu illər ərzində böyüklü-kiçikli hamımız yurd həsrəti çəkmişik. Bu ilin 18 mayını sevinclə, qürurla qarşıladıq. Laçın işğaldan azaddır! Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz düşməni Laçından rədd olmağa məcbur edib”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Millət vəkili Mahir Abbaszadə bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Televiziyası (AZTV) özünü ən ciddi verilişlərindən birini bu mövzuya həsr edib və rayonun nüfuzlu şəxslərinin iştirakı ilə Laçında, Güləbird kəndində çəkiliş aparıb:

“Mən də çəkilişin iştirakçısı olmuşam. Bakıdan gətirdiyimiz azuqə ilə orada adi nahar süfrəsi təşkil etmişik. Hətta bu, çəkiliş başlamamış olub. Çünki uzun yol gəlmişdik. Nahar edib, sonra çəkilişə başladıq. süfrəmizdə spirtli içki olmayıb: bunu oradakı keçmiş döyüşçülər, müharibə veteranları, həmçini digər TV kanllarının əməkdaşları da təsdiq edərlər. Yaxınlıqdakı bulaq da “Humay” bulağı adlanır, şəhid bulağı yox. Laçınlılar öz ata-baba ocaqlarına sevinclə qayıdırlar. Bu torpaq uğrunda şəhid olanlara ehtiramımız böyükdür”.

18 may, 21:28

Çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxs orada olan zaman kef məclisi qurub.

Bu barədə “Caliber” məlumat yayıb.

Belə ki, Laçınla bağlı bir verilişin çəkilişlərindən sonra istirahət etmək və içki məclisi qurmaq istəyən şəxslər özlərinə məskən kimi Vətən uğrunda şəhid olmuş şəxsin adına yaradılmış bulağı seçiblər.

Həmin bulağın sərin sularında özləri ilə götürdükləri araqlarını soyudan və eyş-işrətlə məşğul olan şəxslərin arasında millət vəkili, Laçın rayonunun deputatı Mahir Abbaszadə, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev də var.

Deputatın arağını soyutduğu bulağın həmin şəhidin anım yerinin 5-6 metr aralıda yerləşməsi isə vəziyyəti daha da iyrənc edir.

Görünür öz səfərlərindən və məclislərindən vəcdə gələn deputat və Komitə rəsmisi şəhidə, onun xatirəsinə hörmətsizlik etdiklərinin fərqinə varmayıblar.

Həmin görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri