24 
May
2021
11:18
30
155
7497
Virtual karabakh

Hamının “Şirin Su”nu seçməsinin altı səbəbi - MÜSAHİBƏ + FOTO

24 May, 2021
11:18
7497

Hamının “Şirin Su”nu seçməsinin altı səbəbi - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün bazarda vətəndaşları içməli su ilə təmin edən bir çox şirkət var. Ancaq “Şirin Su” brendi son illərdə 19 litrlik qablaşdırmada su satışında lider mövqe tutub. “Şirin Su” Azərbaycan və beynəlxalq standartlara cavab verir. Şirkət keyfiyyətli bir məhsul yarada bilib, bunun sayəsində müştərilərin sevgisini və etibarını qazanıb.

Bu gün Oxu.Az-ın həmsöhbəti “Şirin Su” şirkətinin Satış və marketinq üzrə direktor müavini Cavid Quliyevdir:

- Suyunuzun üstünlüyü nədədir? Bu barədə məlumat verin.

- “Şirin Su”nun mənbəyi  - Sulutəpə qəsəbəsində olan məşhur “Şollar” bulaq suyudur. Qablaşdırmadan əvvəl su yeddi təmizləyici süzgəcdən keçir, ərp əmələ gətirmir və qaynadılmadan istehlak edilə bilər.

Suyu azyaşlı uşaqlara qaynatmadan verməyi məsləhət görürük. Müştərilər “Şirin Su”dan həmçinin meyvə və tərəvəzləri yumaq, yemək bişirmək üçün istifadə edirlər. Bundan əlavə çay dəmlənərkən və digər içkilər hazırlanarkən suyumuzdan istifadə onlara əlavə gözəl dad verəcək.

- Təqdim olunan məhsulların keyfiyyəti ilə yanaşı, yüksək səviyyəli xidmət də bir çox müştəri üçün çox vacibdir...

- Haqlısınız, buna görə də şirkətimiz müştərilərə göstərilən xidmət səviyyəsini daim artırır. Rəqəmsal xidmətlər vətəndaşlara zamanına qənaət edərək asanlıqla və tez bir zamanda sifariş verməyə imkan yaradır. Hamının məhz bizim brendi seçməsinin altı səbəbini izah etmək istərdim.

Birinci səbəb. “WhatsApp-bot” sistemini tətbiq etdik, indi ilk qeydiyyatdan keçdikdən sonra müştərinin sadəcə olaraq +994 704795020 botuna “1” nömrəsini göndərməsi lazımdır və sifariş çatdırılacaq. Bu prosesi tamamilə optimallaşdırdıq.

İkinci səbəb. Https://cabinet.shirinsu.az/ “şəxsi kabinet” xidmətini işə saldıq. Bunun sayəsində müştəri onlayn formatda istədiyi məhsulu seçə, sifariş verə və hər şeyi kredit kartı ilə ödəyə bilər. Nağdsız ödəmə sistemini birləşdirmişik. Ayrıca “şəxsi kabinet”də vətəndaş bütün sifarişlərin tarixçəsini izləyə bilər.

Üçüncü səbəb. “Ekspres çatdırılma”nı başlatdıq, indi məhsullar müştəriyə 1-2 saat ərzində çatdırılır.

Dördüncü səbəb. Çatdırılma gecə saatlarında mümkündür, indi müştərilərimiz üçün istənilən əlverişli vaxtda işləyirik.

Beşinci səbəb: Əlaqə mərkəzimiz 7/24 açıqdır, çatdırılma xidməti isə həftəsonları və tətillərdə açıqdır.

Altıncı səbəb: İstehsalımız həmin gün həyata keçirildiyi üçün yalnız təzə su satırıq. Sabah üçün suyumuz qalmır.

- Müntəzəm çatdırılma nə qədər çəkir?

- Sifariş saat 15:00-dan əvvəl verilərsə, şirkətimiz, bazardakı bir çoxlarından fərqli olaraq, məhsulları eyni gün ərzində çatdıracaq. Müəyyən olunmuş vaxtdan sonra bütün sifarişlər ertəsi gün çatdırılır. Bu gün Bakını, Sumqayıtı və bütün Abşeron regionunu əhatə edirik.

- Yuxarıda qeyd etdiyiniz kimi, bu gün bazarda içməli su təklif edən bir çox şirkət var. Rəqabətlə necə mübarizə aparırsınız?

- Məhsullarımızın keyfiyyəti və göstərilən xidmətlərin səviyyəsi bunu bizim əvəzimizə edir (gülür).

- Bildiyimiz qədər, bu gün müştərilərə yalnız içməli su deyil, digər məhsullar da təklif edirsiniz...

- Düzdü, Astaradan idxal etdiyimiz birinci dərəcəli çay və balımız var. “Şirin Su” tezliklə 0,5, 1 və 5 litr həcmində qablaşdırılmış içməli su istehsalına başlayacaq. Bu məhsullar evlərə və ofislərə pulsuz olaraq çatdırılacaq. Əlavə olaraq qeyd etmək istəyirəm ki, bazarda şüşə qablarda premium su təklif edən yeganə şirkətik.

- Plastik qablardan heç istifadə etmirsiniz?

- Xeyr, ekologiya və müştərilərimizin sağlamlığı bizim üçün çox vacibdir. Buna görə suyu ətraf mühitə uyğun bir polikarbonat və ya şüşə butulkada qablaşdırırıq. Yeri gəlmişkən, belə bir qabda su faydalı xüsusiyyətlərini daha uzun müddət saxlayır.

Qeyd etmək istərdim ki, müəssisənin istehsal gücü gündə 5 min bidondur, bazada 20 mindən çox müştəri var. Hazırda həm istehsal gücünü artırmaq, həm də əziz müştərilərimiz üçün yeni məhsullar hazırlamağa imkan verəcək yeni zavod inşa edilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri