25 
May
2021
13:21
99
185
10777
Virtual karabakh

Prezidentin köməkçisindən idman zalları ilə bağlı XƏBƏRDARLIQ

25 May, 2021
13:21
10777

Prezidentin köməkçisindən idman zalları ilə bağlı XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yoluxma risklərinin azaldılması məqsədi ilə açılacaq idman sağlamlıq obyektlərindəki çalışan işçilərinin immunitet sertifikatı və koronavirus (COVID) pasportunun tələb olunması nəzərdə tutulur”.

Oxu.Az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bu tələb iyulun 1-dən tətbiq olunacaq:

“Açılacaq obyektlərdə 80 faiz işçilərin immunitet sertifikatı və COVID pasportu yoxdursa, xəbərdarlıq ediləcək, hətta o zallar bağlana bilər”.

O əlavə edib ki, Azərbaycanda koronavirusla bağlı yumşalmalar bugünkü sabit vəziyyətin nəticəsidir:

“Bu o demək deyil ki, pandemiya bitib. Rəqəmlər artmağa başlasa, müvafiq məhdudiyyətlərin tətbiq olunmasına məcbur olacağıq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri