27 
May
2021
12:57
72
18
2724
Virtual karabakh

DYP-dən bayram günləri ilə bağlı AÇIQLAMA

27 May, 2021
12:57
2724

DYP-dən bayram günləri ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mayın 28-də Baş Dövlət Yol Polisi əməkdaşları adi iş rejimində xidmət aparacaq”.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib.

O bildirib ki, 28 May - Respublika Günü Bakıda və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən bütün qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək:

“Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən (Sədərək Ticarət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günü saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.

İş adi günlərdəki kimi davam edəcək”.

N.Piriyev deyib ki, texniki baxışla bağlı məlumat almaq üçün vətəndaşlar (012) 511 08 40 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri