28 
May
2021
15:40
6
83
1176
Virtual karabakh

Nazirlikdən qəza-xilasetmə ilə bağlı AÇIQLAMA: Bir nəfərin meyiti tapıldı

28 May, 2021
15:40
1176

Nazirlikdən qəza-xilasetmə ilə bağlı AÇIQLAMA: Bir nəfərin meyiti tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində dördü azyaşlı olmaqla 10 nəfər xilas edilib, bir nəfər xəsarət alıb. Həmçinin, Gəncə şəhəri, Kəpəz rayonu, N.Gəncəvi prospektində fərdi yaşayış evində baş verən yanğında yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 1957-ci il təvəllüdlü Əliyev Füzuli Ələkbər oğlunun meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri