İyn
2021
18:00
57
29
1920
Virtual karabakh

Media Agentliyi kütləvi informasiya vasitələrində intibah yaradır - VİDEO

2 İyn, 2021
18:00
1920

Media Agentliyi kütləvi informasiya vasitələrində intibah yaradır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Medianın İnkişafı Agentliyi Prezident İlham Əliyevin fərmanı ilə yanvarın 12-də yaradılıb. Yeni agentliyin yaradılmasında məqsəd bu vaxta qədər sahədə yaşanan hərc-mərcliyi aradan qaldırmaq olub. 

Ekspertlər deyir ki, bu gün dövlətin jurnalistlər qarşısında qoyduğu əsas tələblərdən biri də Azərbaycanın onlayn mediasının müstəqil şəkildə inkişaf etdirilməsidir.

Media İnkişafı Agentliyi (MİA) yarandığı gündən yeniliklərə imza atmağa çalışıb və bu xətt üzrə inkişaf davam edir. Bu gün Agentliyin maliyyələşdirdiyi onlayn media subyektlərinin hər birinə aylıq 3 min manat məbləğində maliyyə yardımı göstərilir. Bütün qəzetlər üçün birdəfəlik tiraj tələbi 1500 nüsxəyədək, yayım tələbi isə 1000 nüsxəyədək azaldılıb. Bir sözlə MİA ənənələri qorumaqda maraqlıdır, lakin mühafizəkar deyil. Azərbaycan mediası nə qədər yeniliklərə açıq olacaqsa, ölkənin informasiya mühiti də daha sağlam və rəqabətə davamlı olacaqdır. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri