İyn
2021
18:34
30
200
3753
Virtual karabakh

Sağalandan üç ay sonra peyvənd olunmaq mümkündür - VİDEO

2 İyn, 2021
18:34
3753

Sağalandan üç ay sonra peyvənd olunmaq mümkündür - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

COVID-19-a test vermədən yoluxub-sağalanların rəsmi olaraq heç bir xəstəxanada qeydiyyatı yoxdu. Belə olan halda həmin şəxslər immunitet serfikatını necə ala bilərlər? 

Həkim Adil Qeybulla Baku TV-yə bildirib ki, bunun tək yolu anticism testinin yoxlanılmasıdır:

“Kimdə ki, immunitet formalaşıb ona immun passport verilməlidir, kimdə yoxdur ona vaksin vurulmalıdır. Elə etmək lazımdır ki, anticism testi ucuz və əlçatan olsun”. 

Həkimlər bildirir ki, ÜST-ün təcrübəsində COVID-19-a yoluxan şəxslər 6 ay sonra yox cəmi 2-3 ay sonra vaksin oluna bilərlər. Bunun heç bir həyati təhlükəsi yoxdur. Yəni İmmunitet sertfikatını ala bilməyən şəxslər də tərəddüd etmədən vaksin oluna bilərlər. 

Mövzu ilə bağlı TƏBİB-lə əlaqə saxlasaq da qurumdan bu məsələnin onlara aid olmadığı bildirildi. 

Xatırladaq ki, ölkəmizdə “COVID-19 vaksin sertifikatı”nı hər iki dozada vaksinasiya olunan, “COVID-19 immunitet sertifikatı”nı isə son 6 ayda COVID-19 analiz nəticəsi pozitiv olan şəxslər əldə edə bilərlər. 

Ətraflı süjrti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri