İyn
2021
10:14
15
97
1985
Virtual karabakh

Bakıda qadın bıçaqlandı: Tanışı tutuldu

8 İyn, 2021
10:14
1985

Bakıda qadın bıçaqlandı: Tanışı tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 6-da saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Svetlana Məmmədovanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin tanışı Ramil Rəhmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Svetlana Məmmədovaya xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib, sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramil Rəhmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri