İyn
2021
17:08
54
223
2926
Virtual karabakh

Sumqayıtda qayınata və qayınanasını döyən şəxslə bağlı cinayət işi başlandı - YENİLƏNİB

8 İyn, 2021
17:08
2926

Sumqayıtda qayınata və qayınanasını döyən şəxslə bağlı cinayət işi başlandı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda iyunun 3-də tarixdə Namiq Ələkbərovun qayınatası və qayınanasına yaşadıqları evlərində xəsarət yetirməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti tərəfindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib. 

Bildirilib ki, Namiq Ələkbərov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda Sumqayıt şəhər polis idarəsində istintaq davam edir.

11:12

Sumqayıt sakini qayınatasını çəkiclə döyərək ölümcül hala salıb.

“Report” xəbər verir ki, hadisə şəhərin 30-cu məhəllə adlanan ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Namiq Ələkbər oğlu Ələkbərov həyat yoldaşı Türkan Eldar qızı Ələkbərovanı mütəmadi olaraq işgəncələrə məruz qoyaraq döyüb. Eyni zamanda T.Ələkbərova davamlı ölümlə təhdid edildiyi üçün evdən qaçıb. Daha sonra N.Ələkbərov həyat yoldaşının atasının evində olduğunu zənn edib. O, qayınatası, 1960-cı il təvəllüdlü Eldar Yusif oğlu Bağırovun yaşadığı ünvana gələrək, elektrik enerjisini sayğacdan ayırıb və dostu ilə birlikdə kişinin mənzildən çıxmasını gözləyib.

E.Bağırov işıqların söndüyünü görüb mənzildən çıxaraq binanın birinci mərtəbəsində yerləşən sayğacda elektrik xətlərini bağlayıb. O, yaşadığı mənzilə qayıdarkən kürəkəni və onun dostu ilə rastlaşıb. Bu zaman N.Ələkbərov qəfildən E.Bağırovun baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr endirib. E.Bağırov aldığı zərbələrdən müvazinətini itirərək yerə yıxılıb.

Daha sonra N.Ələkbərov onların yaşadığı mənzilə daxil olub, qayınanası Arifə Bağırovaya xəsarət yetirərək otaqları axtarıb. Həyat yoldaşının orada olmadığını görən Namiq hadisə yerindən qaçıb. Ağır bədən xəsarətləri alan E.Bağırov xəstəxanaya yerləşdirilib.

N.Ələkbərov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb edilib. 

N.Ələkbərovun polis nəzarəti altına verilməklə evə buraxıldığı və narkotik aludəçisi olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, E.Bağırov uzun illərdi təhsil sahəsində çalışır. Hazırda Sumqayıt şəhəri 18 saylı məktəbdə riyaziyyat müəllimi işləyir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri