İyn
2021
15:18
120
13
1868
Virtual karabakh

Xaçmazda respublika fənn olimpiadasının və fənn müsabiqəsinin qalibləri ilə görüş keçirilib - FOTO

8 İyn, 2021
15:18
1868

Xaçmazda respublika fənn olimpiadasının və fənn müsabiqəsinin qalibləri ilə görüş keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz Rayon İcra Hakimiyyətində respublika fənn olimpiadasının və respublika fənn müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev nailiyyət qazanan şagirdləri və onların müəllimlərini təbrik edərək, onlara növbəti dərs ilində də uğurlarının davamlı olmasını arzulayıb. 

Qeyd olunub ki, bu il respublika fənn olimpiadasında ölkə üzrə əldə olunan 8 qızıl medaldan 2-si Xaçmaz rayonunun payına düşüb. Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 saylı məktəb-liseyin 10-cu sinif şagirdi Fərhad Əzizağa oğlu Bəkirov coğrafiya, Arzu qəsəbəsi tam orta məktəbin 10-cu sinif şagirdi Amin Ramin oğlu Şirinov isə Azərbaycan tarixi fənni üzrə respublika fənn olimpiydasının qalibi olub.

Bundan başqa respublika fənn müsabiqəsinin final mərhələsində Çiləgir kənd tam orta məktəbinin 7-ci sinif şagirdi Fateh Əliheydər oğlu Yusifli biologiya fənni üzrə ikinci yerə, Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 saylı məktəb-liseyin 7-ci sinif şagirdi İlqar Oqtay oğlu Dadaşov isə eyni fənn üzrə üçüncü yerə sahib olub. Bildirilib ki, Xaçmazlı tələbələrdən ibarət komanda bu il keçirilən “Dəmir yumruq” intellektual bilik yarışmasının zona mərhələsində qalib olublar. 

Sonda qalib olan şagird və müəllimlərə rayon icra hakimiyyəti tərəfindən qiymətli xatirə hədiyyələri təqdim olunub. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri