İyn
2021
17:00
529
16
2400
Virtual karabakh

Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib - FOTO

8 İyn, 2021
17:00
2400

Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətənin azadlığı uğrunda canından keçərək müqəddəs şəhidlik məqamına yüksəlmiş Fərid Nağıyevin qız övladı dünyaya gəlib.

Oxu.Az xəbər verir ki, dünyaya göz açan şəhid balasına atasının arzusuna uyğun olaraq Anay adı verilib. 

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının nümayəndələri, şəhidin döyüş yoldaşları şəhidin həyat yoldaşını və körpəni ziyarət edib, körpənin doğumu münasibətilə ailə üzvlərinə göz aydınlığı verib, onlara hədiyyələr təqdim ediblər. 

Hazırda xəstəxanadan evə buraxılan ana və uşaq özlərini yaxşı hiss edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri