İyn
2021
15:06
180
28
6610
Virtual karabakh

Ölkəmizdə əsas təhdidlər: Azərbaycanlılar valyuta məzənnəsinin dəyişməsindən narahatdırlar - FOTO

9 İyn, 2021
15:06
6610

Ölkəmizdə əsas təhdidlər: Azərbaycanlılar valyuta məzənnəsinin dəyişməsindən narahatdırlar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda şirkət rəhbərləri üçün pandemiya və digər səhiyyə böhranları bir nömrəli təhlükədir.

Oxu.Az-ın məlumatına görə, bu “PwC Azərbaycan” şirkətinin illik “CEO sorğusu”nda öz əksini tapıb.

Şirkət rəhbərlərinin 64 faizi bununla bağlı “son dərəcə narahat olduqlarını” bildiriblər. Bu qlobal, həmçinin Mərkəzi və Şərqi Avropa (MŞA) üzrə orta göstəricidən bir qədər çoxdur.

Qlobal və MŞA-da həmkarları ilə müqayisədə yerli respondentlər valyuta məzənnəsinin dəyişkənliyindən daha çox narahatdır. Qlobal səviyyədə 21 faiz, MŞA-da isə 38 faizlə müqayisədə Azərbaycandakı şirkət rəhbərlərinin 54 faizi bu təhlükədən (2020-ci ildə 32 faiz idi) olduqca narahatdır. 

Azərbaycandakı şirkət rəhbərləri kiber təhlükələr (33 faiz), vergi siyasətində qeyri-müəyyənliyi (29 faiz) və dezinformasiya (24 faiz) ilə bağlı artan narahatlıqlarını ifadə ediblər. 

Sorğuda əldə olunan orta nəticə ilə Azərbaycandakı şirkət rəhbərlərinin cavabları arasında əsas təhlükə kimi bacarıqların çatışmazlığı məsələsində əhəmiyyətli fərq nəzərə çarpır. Azərbaycandakı şirkət rəhbərləri rəqəmsal dövrdə işçi qüvvələrinin bacarıqlarını artırmağın fövqəladə əhəmiyyətinin fərqindədirlər.

Sorğunun 46 faiz respondenti işəgötürənlərin gündəlik vəzifələrlə bərabər işçilərə rəqəmsal bacarıqları inkişaf etdirməyə imkan verdiyini qeyd edib.

Sual: Müəssisənizin artım perspektivləri üçün potensial iqtisadi, siyasi, sosial, ekoloji və kommersiya təhdidlərinin hər biri, sizi nə dərəcədə narahat edir?

Cavab:

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri