10 
İyn
2021
12:33
97
17
2517
Virtual karabakh

Küveytə səfər edən Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

10 İyn, 2021
12:33
2517

Küveytə səfər edən Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Oxu.Az Analitik Ekspertiza Mərkəzinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Küveytdəki Səfirliyindən məlumat daxil olan məlumata görə, Küveyt Hökuməti tərəfindən 2 may 2021-ci il tarixində tətbiq edilən qaydalara əsasən, həkim resepti olmadan “Lyrica” və “Neurontin” dərman vasitələrindən istifadə edənlər 5 ilə qədər azadlıqdan məhrum olunacaq.

Eyni zamanda yuxarıda qeyd olunan vasitələrin qeyri-qanuni satışı ilə məşğul olanların 10 il müddətində həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri