10 
İyn
2021
15:42
165
33
3818
Virtual karabakh

2022-ci ildə “Çovdar”ın ikinci fazası istismar ediləcək: Milyonlar cəlb ediləcək - FOTO

10 İyn, 2021
15:42
3818

2022-ci ildə “Çovdar”ın ikinci fazası istismar ediləcək: Milyonlar cəlb ediləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çovdar” qızıl yatağının sulfid filizlərinin istismara verilməsi məqsədilə Ətraf və Sosial Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin hazırlanması prosesi başa çatdırılıb.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən Oxu.Az-a verilən məlumata əsasən, sənəddə istehsalat prosesi nəticəsində yaranan bütün növ tullantıların qanunamüvafiq şəkildə idarə olunması, boş süxurların saxlanc yerinin ətraf mühitdən təcrid edilməsi, eləcə də turşulu suların əmələgəlmə prosesinin qarşısının alınması, su ehtiyatlarından səmərəli istifadə edilməsi üçün texniki suların təkrar istifadəyə yönəldilməsi və s. bu kimi tədbirlər öz əksini tapıb.

Xatırladaq ki, Cəmiyyət fəaliyyətə başladığı zaman “Çovdar” yatağı üzrə iqtisadi cəhətdən səmərəli hesab edilən qızılın ümumi həcmi 179 min unsiya təşkil edirdi. Son illərdə aparılmış kəşfiyyat və optimizasiya işləri nəticəsində isə növbəti illərdə hasil olunacaq filiz süxurlarından əldə ediləcək texniki və iqtisadi cəhətdən səmərəli qızılın miqdarı 527 min unsiyayadək artırılıb və bugünə qədər sözügedən mədəndən hasil edilmiş 254 min unsiya qızılın dünya birjalarında satışı həyata keçirilib.

Yatağın ikinci fazası üzrə sulfid filizlərinin istismarına isə 2022-ci ildən start verilməsi, filizlərin çən aşındırma üsulu ilə emal edilməsi planlaşdırılır. Qeyd edilən fəaliyyət çərçivəsində ölkə iqtisadiyyatına yüz milyonlarla manat vəsaitin cəlb edilməsi nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri