10 
İyn
2021
19:01
452
113
12854
Virtual karabakh

Binəqədidə icra məmurunun döyülməsi ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB+VİDEO

10 İyn, 2021
19:01
12854

Binəqədidə icra məmurunun döyülməsi ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 9-da ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faiq Əkbərova zor tətbiq edilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb. 

Bu barədə Oxu.Az-a Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı müəyyən olunub ki, Binəqədi rayon məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar mənzildə əmlakın siyahıya alınması zamanı borclu - Bəhruz Camalov icra məmuru Faiq Əkbərova qarşı zorakılıq hərəkətləri tətbiq edib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 288.3-cü (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edilməsi) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

 

15:33

Azərbaycanda icra məmuru döyülüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə video paylaşılıb.

Məlumatlara görə, Binəqədi rayon icra və probasiya şöbəsinin əməkdaşı Faiq Əkbərov səlahiyyətləri çərçivəsində qanuni tələblər irəli sürərkən döyülüb. 

İlkin məlumatlara görə, 2016-cı il tarixli məhkəmə qərarına əsasən, vətəndaşın “Mətanət-A” şirkətinə 8000 manat borcu olub. İcra məmuru borcun ödətdirilməsini təmin etmək üçün borclu olan şəxsin evinə əmlakları siyahıya almaq üçün gedib. Bu zaman borclu şəxs tərəfindən döyülüb.

Hadisə Binəqədi rayonu ərazisində baş versə də, dəqiq tarix bəlli deyil. 

Ədliyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri