10 
İyn
2021
16:27
19
105
3948
Virtual karabakh

Koronavirusa qarşı olan vaksinin ikinci dozası maksimum nə qədər müddət sonra vurulmalıdır?

10 İyn, 2021
16:27
3948

Koronavirusa qarşı olan vaksinin ikinci dozası maksimum nə qədər müddət sonra vurulmalıdır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Azərbaycanda koronavirus əleyhinə vurulan peyvəndlər iki dozalıdır. Birinci dozanı vurdurandan 14 gün sonra anticisimlər yaranmağa başlayır”.

Oxu.Az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova bildirib.

Onun sözlərinə görə, vətəndaş peyvəndin birinci dozasından 28 gün sonra ikinci dozanı vurdurmalıdır:

“Bu müddət ərzində üzrlü səbəbdən ikinci dozanı vurdura bilməyən şəxslərə 56 gün şans verilir”.

N. Daşdəmirova qeyd edib ki, şans verilən müddətdə peyvəndin ikinci dozasını vurdurmayanlar artıq növbəti altı ay üçün gözləməli olacaq və yenidən peyvənd vurduracaq.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri