10 
İyn
2021
18:11
337
15
967
Virtual karabakh

Bakıda Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

10 İyn, 2021
18:11
967

Bakıda Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 10-da Bakıda Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə ikitərəfli hərbi əməkdaşlığın əsas istiqamətləri, o cümlədən müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə edilib.

Pakistan hərbi nümayəndə heyətinin rəhbəri Azərbaycanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesində və həmin ərazilərdə həyata keçiriləcək bərpa işlərində ölkəsinin iştirak etməyə hazır olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri