11 
İyn
2021
09:32
446
8
4838
yuxarı
Polad Həşimov parkının açılacağı vaxt məlum oldu - ÖZƏL + FOTO
11 İyn, 2021
09:32
4838
446
8
Polad Həşimov parkının açılacağı vaxt məlum oldu - ÖZƏL + FOTO
“Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adına salınan parkda abadlıq işləri qrafik üzrə davam etdirilir”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.
Onun sözlərinə görə, parkın açılışı gələn ay nəzərdə tutulub:
“Orada aparılan işlər təxminən iyul ayının 14-nə kimi başa çatdırılacaq. Həmin park ərazisində Polad Həşimovun və ərazidə yaşayan səkkiz şəhidin xatirə lövhəsi vurulacaq. Ümidvaram ki, işləri vaxtında bitirə biləcəyik”.
P.İmanov əlavə edib ki, parkın ətrafında olan küçələrdə də abadlıq işləri gedir.
Qeyd edək ki, bir müddət əvvəl Naximov küçəsi Polad Həşimov küçəsi adlandırılıb.
İlhamə Əbülfət
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
29 
Mar
2024
15:20
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
27
2
799
29 
Mar
2024
14:28
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
20
57
2229