11 
İyn
2021
12:24
140
13
1550
Virtual karabakh

Otlaq sahəsində çətənə bitkiləri yetişdirən şəxslər saxlanıldı - FOTO/VİDEO

11 İyn, 2021
12:24
1550

Otlaq sahəsində çətənə bitkiləri yetişdirən şəxslər saxlanıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızıda kənd sakini otlaq sahəsində çətənə bitkiləri yetişdirib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Upa kəndi ərazisində yerləşən otlaq sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla həmin şəxsin Giləzi qəsəbə sakini Aydın Səfərov olduğu müəyyən edilib. 

Şöbə əməkdaşları tərəfindən otlaq sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 31 ədəd çətənə kolu maddi sübut kimi götürülüb, qablaşdırılaraq bioloji ekspertizaya təqdim olunub. 

Dindirilmə zamanı A.Səfərov narkotik tərkibli bitkiləri may ayında əkdiyinin və şəxsi istifadəsi üçün becərdiyini etiraf edib. 

“Xaş-xaş-2021” profilaktik tədbirlərin davamı olaraq Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Aşağı Qarxun kənd sakinləri Bəhruz Rzayev və Məcid Əbdürrəhimov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, onların kənd ərazisindəki sahədə uzunluğu 80 sm-dən 220-sm-dək, ümumi çəkisi 107 kiloqramdan artıq olan 80 ədəd çətənə bitkisini aqrotexniki qaydada yetişdirdikləri müəyyən edilib. Həmin əraziyə baxış keçirilən zaman əlavə olaraq 7 kiloqram 765 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri