11 
İyn
2021
14:06
147
66
2356
Virtual karabakh

Nəşriyyatın qarşısında “su fontanı” peyda oldu - VİDEO

11 İyn, 2021
14:06
2356

Nəşriyyatın qarşısında “su fontanı” peyda oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Qanun” nəşriyyatın qarşısında su borusu partlayıb.

Bu barədə sosial şəbəkədə nəşriyyatın direktoru Şahbaz Xuduoğlu paylaşım edib.

O bildirib ki, artıq iki gündür nəşriyyatın qarşısını su yuyub aparır:

“İki gündür nəşriyyatın ofisinin həyətində su fontan vurur. “Azərsu” ASC-yə müraciət etmişik, lakin dünəndən bura əməkdaşlarını yönləndirmirlər. Bununla bağlı daha əvvəl, keçən il də müraciət etmişdik. Ötən il oranı “təmir” etdirdilər, lakin o təmirin ömrü uzun olmadı.

Hazırda isə “fontanın” qarşısının alınması üçün heç bir tədbir görülmür”.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, problem aidiyyəti üzrə ərazi yerli SuKanal İdarəsinə yönləndirilib:

“Məsələdən xəbərimiz var. Aidiyyəti üzrə “Azərsu” ASC-nin Nəsimi rayon Su Kanal İdarəsi tərəfindən problemin həlli istiqamətində zəruri tədbirlər görülür”.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri