11 
İyn
2021
13:20
387
20
9020
Virtual karabakh

Azərbaycanda qadına zorakılıq edən məmur tutuldu - YENİLƏNİB + FOTO

11 İyn, 2021
13:20
9020

Azərbaycanda qadına zorakılıq edən məmur tutuldu - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımoya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb. 

V. Vəliyev şübhəli şəxs qismində tutulub.

13:02

Şəmkir rayonunda məmur saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, rayonun Kür qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Vazeh Vəliyev tutulub. 

Belə ki, bir neçə ay əvvəl o, öz vəzifə səlahiyyətlərini aşaraq müəssisədə çalışan qadına qarşı zorakılıq etməkdə ittiham edilib.

Onun barəsində 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə məhkəmə qərar çıxarıb və saxlanılıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri