11 
İyn
2021
16:42
55
18
2136
Virtual karabakh

Peşəkar psixoloqu hansı əlamətlərə görə tanımaq olar? - EKSPERT

11 İyn, 2021
16:42
2136

Peşəkar psixoloqu hansı əlamətlərə görə tanımaq olar? - EKSPERT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada psixoloq xidmətinə olan tələbat ildən-ilə daha da çoxalır.

Avropada bu sahənin mütəxəssisə müraciət etmək diş və ya başqa bir xidmət üzrə ixtisaslaşmış həkimə müraciət kimi adi qarşılanır. Ancaq postsovet məkanı ölkələrində psixoloqlara müraciət etmək qeyri-adi və hətta utancverici bir şey kimi qəbul edilir.

Mövzu ilə əlaqədar Media.Az-a açıqlama verən klinik psixoloji reabilitasiya üzrə mütəxəssis Nigar Qədəşovanın fikrincə, Azərbaycanda psixoloji xidmətlərə tələbatın artması təkcə əhalinin təhsil səviyyəsindən deyil, həm də psixoloqların peşəkarlığından asılıdır.

"Başa düşmək lazımdır ki, diplomun və yaxud kabinetlərdən asılan sertifikatların çoxluğu peşəkarlığa zəmanət vermir. Əsas diqqət olunası məqam psixoloqun nədən və necə danışmasıdır.

Əgər o, müxtəlif texnikaları qarışdırırsa, astrologiyanı, hazırda Azərbaycanda populyarlaşan “teta-hilinq”( Meditasiya üsulu) müalicəsini tətbiq edirsə, və ya sizə diaqnoz qoyub məsləhət verirsə, o zaman psixoloqun peşəkarlığı şübhə altına alınmalıdır. Müştərilərinə “canım”, “mənim gözəlim” kimi ifadələrlə müraciət edən, özünə güvən problemi yaşayanlara “Axı bu necə ola bilər, sən ki çox gözəlsən, özünə bir güzgüdən bax” kimi ifadələrlə reaksiya verirsə, yaxşısı budur belə “mütəxissələrə” öz sağlamlığınızı etibar etməyəsiz. Ancaq təcrübə onu göstərir ki, bəzi insanlar psixoloqun bu davranışını bəyənirlər, tərif eşitmək üçün pul ödəməyə hazırdırlar”.

N.Qədəşova əlavə etdi ki, bəzi psixoterapevtlər öz nüfuzunu artırmaq üçün televiziya proqramlarında iştirak üçün pul ödəməyə də hazırdır:

“Bu səbəbdən psixoloji xidmətin qiyməti heç də həmişə onun keyfiyyətli olması anlamına gəlmir. Bakıda psixoloq seansının qiyməti 20 manatdan 100 manata qədərdir. Mən 20-30 manata çox yaxşı konsultasiya xidmətləri göstərə bilən mütəxəssislər tanıyıram. Həmçinin işinə görə 100-150 manat pul alan, amma heç bir təhsili olmayan insanlar da var”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri