11 
İyn
2021
16:40
95
28
3780
Virtual karabakh

“Son zəng” hansı formada keçiriləcək? - ÖZƏL

11 İyn, 2021
16:40
3780

“Son zəng” hansı formada keçiriləcək? - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın razılığını nəzərə alaraq cari tədris ili üzrə “Son zəng” tədbirinin 14 iyun 2021-ci il tarixində müəyyən qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin qaydalar bunlardır:

- Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 saatdan artıq olmamaqla keçirilməsi;

- Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;

- 11-ci sinif şagirdlərinin sayı 100 nəfərdən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi;
 
- Tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s.) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Son zəng” tədbirinin keçirilməsinə nəzarət ümumi təhsil müəssisəsinin rəhbərliyinə tapşırılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri