11 
İyn
2021
17:36
219
19
1414
Virtual karabakh

Xaçmaz rayonunun turizm zonalarında təmizlik aksiyasına başlanılıb - FOTO

11 İyn, 2021
17:36
1414

Xaçmaz rayonunun turizm zonalarında təmizlik aksiyasına başlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Xaçmaz rayonunun turizm zonalarında yerləşən çimərliklərində təmizlik işlərinə start verilib. 

Sahilboyu ərazilərin təmizlənməsinə mənzil-kommunal təsərrüfatı idarəsinin, yerli icra nümayəndəliklərinin və bələdiyyənin işçiləri eləcədə gənc könüllülər cəlb olunub. Çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb.

Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Görülən tədbirlər nəticəsində Niyazabad kəndində və İstisu qəsəbəsinin sahil zolaqları məişət tullantılarından təmizlənib. Toplanan zibil qalıqlarının xüsusi texnikalarla daşınması təmin edilib. 

Çimərlik mövsümünə kimi Nabran turizm zonası da daxil olmaqla, bütün sahil zolaqlarının tullantılardan təmizlənməsi nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri