12 
İyn
2021
12:03
20
258
3743
Virtual karabakh

Gəncədə yaşayış binasında yanğının səbəbi məlum oldu - YENİLƏNİB + FOTO/VİDEO

12 İyn, 2021
12:03
3743

Gəncədə yaşayış binasında yanğının səbəbi məlum oldu - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə yaşayış binasında yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 kvadratmetr olan birotaqlı mənzildə yanğınla nəticələnən partlayış (ilkin ehtimala görə qaz sızması səbəbindən) baş verib. Yanğın nəticəsində mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 70 kvadratmetr olan ikiotaqlı qonşu mənzilin yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb.

Partlayışın zərbəsindən hər iki mənzilin divarları (arakəsmə divarlar) dağılıb, qapı və pəncərə çərçivəsi yerindən çıxıb. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

09.41

Gəncədə yaşayış binasında yanğın olub.

Oxu.Az-ın məlumatına görə, hadisə səhər saatlarında Gəncənin Heydər Əliyev prospektində yerləşən dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş verib.

Yanğın zamanı 1981-ci il təvəllüdlü M.Cabbarov, 1962-ci il təvəllüdlü R.Rzayev, 1966-cı il təvəllüdlü İ.Rzayeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadası tərəfindən söndürülüb. Yanğının digər mərtəbələrə keçməsinin qarşısı alınıb.

Bina sakinləri təxliyə edilib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri