12 
İyn
2021
14:00
122
21
1500
Virtual karabakh

Biləsuvarda avtomobildən külli miqdarda narkotik aşkarlandı

12 İyn, 2021
14:00
1500

Biləsuvarda avtomobildən külli miqdarda narkotik aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri M.Həsənli və tanışı Ə.Abdullayev sonuncuya məxsus avtomobildə Ələt-Astara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şöbədə onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 1 kiloqram 860 qram narkotik vasitə heroin və 257 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri