12 
İyn
2021
13:09
7
75
1201
Virtual karabakh

Yerdəyişmə müsabiqəsinin nəticələri açıqlandı

12 İyn, 2021
13:09
1201

Yerdəyişmə müsabiqəsinin nəticələri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yerdəyişmə müsabiqəsinin nəticələri açıqlanıb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi başa çatıb.    

Müsabiqədə uğur qazanan 1841 nəfərdən 1456 namizəd müvafiq sənədləri şəxsi səhifələrinə yükləyərək ərizələrini təsdiq edib. Elektron ərizələr emal edildikdən sonra 1448 namizədin sənədləri qəbul edilib və onlar uğur qazanaraq iş yerini dəyişmək hüququ əldə edib. Eyni zamanda müsabiqə nəticələri barədə məlumat və işə qəbul olunduğuna dair çıxarış namizədlərin şəxsi səhifələrinə göndərilib. 

Növbəti mərhələdə namizədlər 18 iyun saat 18:00-dək şəxsi səhifələrində qeyd olunan sənədləri və çıxarışı müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməli, daha sonra şəxsi səhifələrini yoxlayaraq çıxarışın təsdiq olunduğundan əmin olmalıdırlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri