12 
İyn
2021
13:00
241
36
6109
Virtual karabakh

Rusiya aviaşirkəti üç istiqamətdən Bakıya uçuşlara başlayır: Minimal qiymət 25 avrodur

12 İyn, 2021
13:00
6109

Rusiya aviaşirkəti üç istiqamətdən Bakıya uçuşlara başlayır: Minimal qiymət 25 avrodur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Azimut” Hava Yolları iyunun 19-dan etibarən Rostov-na-Donu, Krasnodar və Mineralnıye Vodıdan Bakıya müntəzəm uçuşlar həyata keçirməyə başlayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə aviadaşıyıcının rəsmi saytında məlumat verilib.

Belə ki, Bakıya Mineralnıye Vodıdan müntəzəm uçuşlar 19 iyun, Krasnodardan isə 26 iyundan etibarən (hər şənbə günü olmaqla) başlanacaq. Rostov-na-Donudan uçuşlar iyunun 23-dən etibarən yaz-yay mövsümüm sonuna qədər çərşənbə günləri həyata keçiriləcək.

Rostov-na-Donu - Bakı və əks istiqamətdə cədvəl:

Təyyarə saat 09:15-də Rostov-na-Donudan qalxacaq və 12:20-də Bakıya enəcək. Daha sonra saat 13:20-də isə Bakıdan yola düşəcək və 14:35-də Rostov-na-Donuya eniş edəcək.

Krasnodar - Bakı və əks istiqamətdə cədvəl:

Təyyarə saat 08:10-da Krasnodardan yola düşəcək və 11:10-da Bakıya enəcək. Daha sonra 13:05-də Bakıdan qalxacaq və 13:55-də Krasnodara eniş edəcək.

Mineralnıye Vodi - Bakı və əks istiqamətdə cədvəl:

Təyyarə saat 10:20-də Mineralnıye Vodıdan uçuşa başlayacaq və 13:00-da Bakıya eniş edəcək. Bakıdan isə saat 14:45-də qalxacaq və 15:10-da Mineralnıye Vodıya eniş edəcək.

Qeyd edək ki, biletlər üçün minimum qiymətlər 25 avrodan başlayacaq. Biletlər artıq satışdadır. Cədvəldə saatlar Rusiyanın yerli vaxtı ilə ifadə olunub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri