13 
İyn
2021
14:50
135
475
8118
Virtual karabakh

Aleksandr İşein dəfn olunub – YENİLƏNİB + FOTO/VİDEO

13 İyn, 2021
14:50
8118

Aleksandr İşein dəfn olunub – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşein dəfn olunub.

“Report” xəbər verir ki, mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

13:56

Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasimi başa çatıb.

Vida mərasimində Qafqaz Müsəlmanları İfdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aleksandr Atanın Azərbaycanda dinlərarası münasibətlərin, multikultiralizmin inkişafında, Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin bərqərar olmasında rolundan danışıblar.

09:35

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasimi başlayıb.

“Report” xəbər verir ki, mərasim Rus Pravoslav Kilsəsində keçirilir.

Mərasim saat 12:30-a kimi davam edəcək. Mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Aleksandr İşein 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. O, Moskva Teoloji Akademiyasını bitirib. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. Aleksandr İşein 2012-ci ildən dərəcəsi arxiyepiskop idi.

Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri